Futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci turun son matçındaÇempionlar Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparan “Mançester Yunayted” “Sauthempton”u qəbul edib.
Offsideplus.az xəbər verir ki, dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib. Qonaqların oyuna sonradan daxil olan futbolçusu Obafemi 90+6-cı dəqiqədə komandasını məğlubiyyətdən xilas edib.
Oyunun ən maraqlı epizodu son qol vurulan epizodda yaşanıb. Dünyanın ən bahalı müdafiəçisi Hari Maquayr qol epizodunda rəqibi deyil, öz komanda yoldaşını "zərərsizləşdirib".
Xal itirən "Mançester Yunayted" 59 xalla 5-ci pillədədir. "Qırmızı şeytanlar" 4-cü pillədəki "Lester"lə eyni xala malik olsa da, 3-cü olan "Çelsi"dən 1 xal geri qalır.
Qeyd edək ki, Harri Maquayr 80 milyon funt sterlinqə “Lester”dən “qırmızı şeytanlar”a transfer edilib. Bununla da o, ən bahalı müdafiəçi olub. Bu transferə qədər isə rekord 75 milyon funt sterliqlə Van Deykə məxsus idi.
Matçın geniş icmalını buradan izləyə bilərsiniz: