Futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib.
Çempionlar Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparan “Mançester Yunayted” “Sauthempton”u qəbul edib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.
Bu oyundan sonra 59 xalı olan "qırmızı şeytanlar" 5-ci,  “Sauthempton” 12-cidir.
 
İngiltərə Premyer Liqası
35-ci tur
13 iyul
Mançester Yunayted – Sauthempton 2:2
Qollar: Reşford, 20. Marsyal, 23 – Armstronq, 12. Obafemi, 90+7.