“Mançester Yunayted” qapıçısı David De Xeanın müqavilə müddətini uzatmağı planlaşdırır.

 Offsideplus.az xəbər verir ki, “qırmızı şeytanlar” ispan qolkiperə 5 illik anlaşma təklif edəcək.

28 yaşlı çərçivə qoruyucusu yeni sazişə razılıq versə, illik 18 milyon funt-sterlinq məvacib alacaq. Həftəsinə 350 min qazanacaq qapıçı “mankunianlar”ın heyətində Aleksis Sançesdən sonra ən çox maaş alan ikinci futbolçu olacaq. Onun hazırkı müqaviləsi 2019-cu ilədək nəzərdə tutulub.

 

Qeyd edək ki, De Xea bu mövsüm İngiltərə Premyer Liqasında meydana çıxdığı 31 oyunun 16-da qapısından top buraxmayıb.