İngiltərə Premyer Liqasının 33-cü turunda keçirilən "Sauthempton" - "Mançester Siti" oyunu tarixə keçib.

Offsideplus.az xəbər verir ki, BBC-də yayımlanan görüşü 5 milyon 700 min insan izləyib. Bu isə Premyer Liqa tarixində teleziyadan ən çox izlənən görüş olub.

Qeyd edək ki, sözügedən oyunda "Mançester Siti" 0:1 hesabı ilə uduzub.