İngiltərə "Arsenal"ı futbolçusu David Luisin cari mövsümün sonunda başa çatan müqaviləsini yeniləyib.
Offsideplus.az xəbər verir ki, braziliyalı müdafiəçi daha 1 il London təmsilçisinin formasını geyinəcək.
"Topçular" həmçinin digər müdafiəçiləri - portuqaliyalı Sedrik Suareş və ispaniyalı Mari Vilyarla yeni müqavilə imzalayıb. İspaniya "Rel Madrid"indən icrəyə götürülən Dani Sebalyosun sözləşməsinin müddəti isə mövsümün sonunadək uzadılıb.
Qeyd edək ki, "Arsenal" 30 turdan sonra 40 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.