İngiltərə nəhəngi "Liverpul" çempionluq yolunda irəliləyərkən, transfer çalışmalarını davam etdirir.

 Offsideplus.az xəbər verir ki, gündəmə gələn adlardan biri də "Hoffenhaym"ın gələcəyin ulduzu hesab olunan 16 yaşlı Melkamu Frauendorfdur.

"Kikcker" nəşri Kloppun transferində israr etdiyi oyunçunu yayda heyətə qatmağı planlaşdırır.

Qeyd edək ki, 16 yaşlı gənc futbolçu "Hoffenhaym"ın U-17 komandasında cari mövsümdə meydana çıxdığı 20 oyunda 5 qol vurub.