Bir müddət əvvəl İngiltərədə yay tətilində olan məktəblilər üçün yemək kuponları ləğv edilmişdi.
Offsideplus.az xəbər verir ki, bu kasıb ailələrdən olan 200 minə yaxın uşağın ac qalması demək idi. Məsələ ilə bağlı ilk reaksiya "Mançester Yunayted"in futbolçusu Markus Reşforddan gəlib.
An Open Letter to all MPs in Parliament...#maketheUturn
— Marcus Rashford (@MarcusRashford) June 14, 2020
Please retweet and tag your local MPs pic.twitter.com/GXuUxFJdcv
İngiltərə millisinin üzvü parlamentə açıq məktub yazaraq qərarı dəyişməyə çağırmışdı:
“İnsanların xeyirxahlığı və səxavəti olmasaydı, bu gün gördüyünüz Markus Reşford olmazdı. 10 il əvvəl mən də o uşaqlardan biri ola bilərdim. Bəlkə də, indi siz mənim səsimi eşitməzdiniz”.
Baş Nazir əvvəlcə futbolçunun müraciətini qəbul etməsə də, sonradan KİV-in təzyiqindən sonra hökumət yenidən sistemi bərpa edib. Proqramın inkişafı üçün əlavə 134 milyon dollar da vəsait ayrılıb.
Baş Nazirin sözçüsü qərarın dəyişməsində Reşfordun rolunun olduğunu gizlətməyib: "Baş Nazir Reşfordun yoxsulluqla mübarizədəki rolunu qiymətləndirir və idmançı kimi belə mövzularda öz mövqeyini ortaya qoymasına hörmətlə yanaşır".
Reşford isə qərardan sonra bu sözləri paylaşıb: "Nə deyəcəyimi bilmirəm. Birlikdə nələr edə biləcəyimizi görün. Bu 2020-ci ilin İngiltərəsidir".
Bu hərəkətindən sonra Premyer Liqa klublarının rəsmi səhifələri və vətəndaşlar onun ünvanına xoş sözlər işlədiblər.