"Liverpul" klubunun niderlandlı ulduzu Vircil Van Dayk komandası ilə yeni müqavilə bağlayacaq.

Offsideplus.az "The Sun"a istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi PSJ-nin transfer təklifini rədd edib.

Onun Mersisayd təmsilçisi ilə yeni müqavilə imzalayacağı gözlənilir. Futbolçunun həftəlik gəliri isə 220 min funt sterlinq olacaq ki, bu da, klub tarixində rekord göstəricidir.

Qeyd edək ki, Van Dayk 2018-ci ildə "Sauthempton"dan "Liverpul"a transfer edilib.