“Everton” klubu məşqçilərin və futbolçuların məvacibini azaldıb.
Offsideplus.az xəbər verir ki, Liverpul təmsilçisi koronavirus səbəbindən məşqçi və futbolçuların məvaciblərinin azaldılmasını qəbul etdiklərini bildirib.
Qərara görə, baş məşqçi Karlo Ançelottinin məvacibi 30 faiz, əsas komandanın üzvlərinin məvacibi isə 50 faiz azaldılıb.