"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante fərdi proqram üzrə məşqlərə başlayıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu koronavirusa yoluxmaqdan qorxduğu üçün komanda ilə məşqlərdən imtina edib. Bunun ardından rəhbərlik Kante ilə görüşüb və ona evdə çalışmağa icazə verib. Məşqçilər heyətinin oyunçu üçün xüsusi proqram tətbiq etdiyi bildirilir.
Qeyd edək ki, Kante cari mövsüm "Çelsi”də 18 oyun keçirib və 3 qol vurub.