“Çelsi” klubunun hücumameyilli yarımmüdafiəçisi braziliyalı Villian karyerasını İspaniyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, “Atletiko Madrid” futbolçunu heyətinə qatmaq niyyətindədir.

31 yaşlı oyunçu London təmsilçisindən ayrılmaq istəyir. Onunla daha öncə İspaniyanın “Barselona”, İngiltərənin iki klubu – “Tottenhem” və “Arsenal” komandaları da, maraqlandığı iddia edilirdi. Ancaq Madrid klubunun Villian üçün daha əlverişli təklif verdiyi bildirilir.

Qeyd edək ki, futbolçu cari mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 25 oyunda 4 qol vurub.