Skoulz-Lempard-Cerrard üçlüsündən hansının daha yaxşı olması uzun illərdir müzakirə mövzusudur.

Offsideplus.az xəbər verir ki, bu barədə Pol Skoulz öz fikrini bölüşüb: "Stivi C və Frank, təbii ki. Açıq deyim, bu mövzu barədə müzakirələri eşitməkdən yorulmuşam. Həqiqətən deyirəm, önəmli bir məsələ deyil. İnsanlar öz düşüncələrini deyə bilərlər. İkisi də möhtəşəm, möhtəşəm oyunçular idi. Lakin çox fərqli idilər. Lempard mövqeyində çox yaxşı oynayırdı. O elə bir komandada idi ki, istədiklərini etməyə imkan verilirdi. Makalele ilə birgə çıxış etmək üçün lisenziyası var idi. Bütün zamanların ən yaxşı qolçu yarımmüdafiəçisi olacaq, çox güman.
Cerrard da meydanda tam olaraq hər şey edə bilərdi. Cəld, möhkəm, fiziki cəhətdən güclü, qollar vura bilən və qollar vurdura bilən oyunçu idi. Müdafiə olunmaq onun ən güclü tərəflərindən biri deyildi, amma düşünürəm ki, bu heç birimizin güclü olan tərəfi deyildi".