“Barselona”nın yarımmüdafiəçisi Filipp Koutinyo karyersını “Nyukasl”da davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, İngiltərə təmsilçisinin yeni sahibi Ərəb şahzadəsi Bin Salman çempionluq üçün mübarizə aparacaq komanda qurmaq niyyətindədirlər.

“Tottenhem"in sabiq baş məşqçisi Mauritsio Poçettino "Nyukasl"ı çalışdırmağa əsas namizəddir. Kluba o gəlsə, Koutinyonun alınmasını tələb edəcək. Bu transfer üçün Kataloniya klubunun Premyer Liqa təmsilçisindən 100 milyon avro tələb edəcəyi bildirilir.

Qeyd edək ki, mövsümü icarə əsasında “Bavariya”da keçirən 28 yaşlı futbolçu Münhen klubunda qalmayacaq.