İngiltərənin "Nyukasl" klubunu satın alması gözlənilən Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə Məhəmməd Bin Salman  artıq baş məşqçi seçimini edib.

Offsideplus.az xəbər verir ki, bu posta "Tottenhem" klubunun sabiq çalışdırıcısı Maurisio Poçettino gətiriləcək.

48 yaşlı argentinalı mütəxəssisin "sağsağanlar"ın "sükanı arxasına" keçəcəyi təqdirdə ilinə 19 milyon funt sterlinq alacağı bildirilir. Belə olduqda isə o, dünyada 3-cü ən çox qazanan məşqçi olacaq.

Bundan başqa xarici mətbuatda yer alan xəbərlərə əsasən, "Nyukasl"ın baş məşqçi postuna Dieqo Simeone və Pep Qvardiolanın da gətirilmə ehtimalının olduğu yazılır.

Qeyd edək ki, Bin Salman komandanı 300 milyon funta alacaq.