“Lids”in biq futbolçusu Trevor Çerri 72 yaşında dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, ingiltərəli veteran dünən gecə həyatını itirib. Məlumatı klubun rəsmi saytı yayıb.

1972-1982-ci illərdə “Lids”in şərəfini qoruyan müdafiəçi, ümumilikdə 486 oyun keçirib. 1981-ci ildə “ilin ən yaxşı futbolçusu” seçilən Trevor, 27 dəfə İngiltərə millisinin formasını geyinib.