İngiltərənin “Uotford” klubu da koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklərlə əlaqədar futbolçuların məvacibini dayandırmağa qərar verib.

Offsideplus.az xəbər verir ki,  klubun rəsmi saytında maaşların ertələndiyi bəyan olunsa da, detallar barədə məlumat verilməyib. Klub prezidenti Skott Daksberi futbolçulara bu qərarı tərəddüd etmədən qəbul etdikləri üçün təşəkkür edir
Qeyd edək ki, daha əvvəl “Vest Hem”, “Sauthempton” və “Şeffild Yunayted” klubları maaşların bir neçə aylıq ertələndiyini açıqlamış, “Arsenal”da isə məvaciblər azaldılmışdı.