"Çelsi"nin fransalı futbolçusu Nqolo Kanteni satmağa hazırlaşdığı barədə xəbər vermişdik.
Offsideplus.az xəbər verir ki, İngiltərə mediasında yayılan məlumatlara görə, ulduz futbolçu klubunu tərk etmək niyyətində deyil. 29 yaşlı mərkəz yarımmüdafiəçisi "zadəganlar"ın heyətində qalmaq istəyir və baş məşqçi Frenk Lempardın onu ehtiyata salacağına inanmır. Həftəsinə 290 000 funt sterlinq qazanan Kante klubdan getməyə məcbur edilmədikcə "Çelsi"də qalmaq niyyətindədir.
Qeyd edək ki, onunla Madridin "Real" klubu yaxından maraqlanır.