"Barselona" ilə "Çelsi" klubları futbolçu keçidində razılığa gəliblər.

Offsideplus.az xəbər verir ki, Kataloniya klubu London təmsilçisinə Filipp Koutinyo ilə Nqolo Kanteni dəyişməyi təklif edib. Hər iki oyunçunun qiyməti təqribən eynidir – 70 milyon avro.

"Çelsi" 29 yaşlı fransalının yanvardan sonrakı çıxışından narazıdır. İcarə əsasında “Bavariya”da çıxış edən Koutinyo isə Münhen klubundan ayrılacaq. Braziliyalının da bu təklifə müsbət yanaşdığı qeyd edilir.