“Mançester Siti”dən ayrılması gündəmdə olan Bernardo Silva gələcək karyerası ilə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi, yenidən “Benfika”da oynamaq istədiyini bildirib:

“Benfika”ya qayıtmaq istəyirəm. Hər zaman orda oynamağı arzulamışam. 19 yaşım olarkən, əsas komandada oynamaq imkanım olmadı. Ya baş məşqçi istəmədiyi üçün, ya da kifayət qədər səviyyəmin olmadığını düşündükləri üçün oynamaq şansı qazanmadım. “Monako”ya getməyə məcbur olanda çox məyus idim. Heç vaxt “Benfika”nın əsas komandasında oynamadığım üçün bunu çox istəyirəm. Bu arzumun indi reallaşmayacağı dəqiqdir, amma nə vaxtsa ora qayıtmaq istəyərəm”.

2013-2015-ci illərdə “Benfika”nın ikinci komandasında çıxış edən futbolçu, əsas komandada 1 oyun keçirib.

Qeyd edək ki, fubtolçu "Mançester Siti"dən ayrılmağa qərar verib.