"Norviç" yeni transfer həyata keçirib.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi lüksemburqlu futbolçu Danel Sinani ilə müqavilə imzalayıb.

23 yaşlı yarımmüdafiəçi 3 il ərzində "Norviç"də çıxış edəcək. Lüksemburqlu mövsümlərarası fasilədə yeni komandasına qoşulacaq.

Klubu “Düdelanj”la müqaviləsi yayda başa çatan Sinani Premyer Liqa təmsilçisinə azad agent kimi keçəcək.

Qeyd edək ki, Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”la eyni qrupda yer alan yarımmüdafiəçi 5 oyunda qol vurmağı bacarıb. O, Lüksemburq çempionatının cari mövsümündə 17 matçda 14 dəfə fərqlənməyi bacarıb.