“Çelsi” klubu fransalı futbolçusu Nqolo Kante ilə bağlı qərarını verib.
Offsideplus.az xəbər verir ki, London təmsilçisi 29 yaşlı yarımmüdafiəçini satmağa qərar verib. Klub uyğun məbləğ qarşılığında Kantenin komandadan ayrılmasına razı olacaq. London klubu mövsümün sonunda yarımmüdafiəçi üçün gələcək təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, sözügedən futbolçu ilə “Real” və PSJ-nin maraqlandığı bildirilir.