“Borussiya”da icarə əsasında çıxış edən Əşrəf Hakimi karyerasını İngiltərədə davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, müqavilə ilə “Real”a məxsus olan futbolçu “Tottenhem” və “Arsenal” klublarının maraq dairəsindədir. Müdafiəçinin mövsüm sonunda icarə vaxtı bitir.

Qeyd edək ki, 21 yaşlı mərakeşli futbolçu İspaniyada oynamaq istəmir. Bunun üçün də oyunçunun gələn təkliflərə müsbət yanaşdığı qeyd olunur.