Koronavirus pandemiyası İngiltərə Premyer Liqasına xüsusi təsir edəcək.
Offsideplus.az xəbər verir ki, mövsümün dayandırılacağı halda, çempionat rəhbərliyi 1,3 milyard avro pul itirəcək.
Klublar yayım hüquqlarından 866, matçlardakı bilet satışlarından 227, sponsorluq müqavilələrindən isə təxminən 199 milyon avroluq gəlirdən məhrum olacaq.