İngiltərə Premyer Liqasında çıxış edən ən yüksək məvacibli futbolçuların siyahısı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, siyahıya "Mançester Yunayted"in ispaniyalı qapıçısı David De Xea başçılıq edir. Onun həftəlik qazancı 375.000 funt-sterlinqdir. Siyahıda ən çox futbolçu ilə yer alan klub da "qırmızı şeytanlar"dır. "Mançester Siti"nin futbolçuları Kevin De Bruyne Rəhim Sterlinq sonrakı pillələrdə qərarlaşırlar.

"10-luq":

1. David De Xea (Mançester Yunayted) – 375 min funt-sterlinq (həftəlik)

2. Kevin De Bruyne (Mançester Siti) – 320 min

3. Rəhim Sterlinq (Mançester Siti) – 300 min

4. Pol Poqba (Mançester Yunayted) – 290 min

5. Məsut Özil (Arsenal) – 269 min

6. Antoni Marsial (Mançester Yunayted) – 250 min

7. Serxio Agüero (Mançester Siti) – 230 min

8. Məhəmməd Salah (Liverpul) – 200 min

9. Markus Reşford (Mançester Yunayted) – 200 min

10. Harri Keyn (Tottenhem) – 200 min