Londonun "Çelsi" klubu yayda heyətini ulduz futbolçu ilə gücləndirmək niyyətindədir.

Offsideplus.az İngiltərə mediasına istinadən xəbər verir ki, "zadəganlar"ın bu dəfəki hədəfi hazırda "Bavariya"nın futbolçusu olan Filipe Koutinyodur. Hakim Ziyeş transferinin ardından baş məşqçi Frenk Lempard əsas diqqəti braziliyalı yarımmüdafiəçiyə yönəldib. "Çelsi"nin sözügedən futbolçu üçün müqavilə ilə məxsus olduğu "Barselona"ya təklif göndərdiyi bildirilir. Qarşı tərəfə təklif edilən məbləğ isə hələlik açıqlanmır. Koutinyonun özünün də yenidən İngiltərə Premyer Liqasında forma geyinmək istədiyi yazılır.

Qeyd edək ki, 27 yaşlı "sambaçı" 2018-ci ildə "Liverpul"dan "Barselona"ya transfer edilib və 2019-cu ildə "Bavariya"ya icarəyə verilib.