İngiltərə kubokunun 1/8 final mərhələsinin "Tottenhem" - "Norviç" (2:3) matçından sonra maraqlı hadisə yaşanıb.

Offsideplus.az xəbər verir ki, "Tottenhem"in və İngiltərə millisinin futbolçusu Erik Dayer oyun bitdikdən sonra azarkeşlərdən biri ilə dalaşıb.

26 yaşlı yarımmüdafiəçi gözlənilmədən tribunaya qalxaraq, fanatla dalaşıb. Onları stüardlar çətinliklə aralayıblar. Həmin azarkeş tribunadan Erik Dayeri və kiçik qardaşını təhqir edib. 

Qeyd edək ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə bitib. Penaltilər seriyasında "Norviç" 3:2 hesablı qələbə qazanıb.