"Mançester Siti" heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Mançester təmsilçisi "Sauthempton"un müdafiəçi Virqil van Deyki transfer etmək istəyir. Bunun üçün Premyer Liqanın hazırkı lideri 60 milyon funt sterlinq təklif göndərib. "Mançester Siti"nin hollandiyalı oyunçunun bu keçidə razılıq verəcəyinə əmin olduğu bildirilib.

Qeyd edək ki, van Deyklə "Barselona", "Liverpul" və "Çelsi"nin də maraqlandığı iddia edilir.