“Norviç Siti” klubu futbolçusu Aleksandr Tettinin müqaviləsinin müddətini artırıb.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə müddəti 2021-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
2012-ci ildən “Norviç Siti”də forma geyinən Tetti, bu mövsüm Premyer Liqada 19 oyunda iştirak edib. Yarımmüdafiəçi Norveç milli komandasının da üzvüdü.