"Liverpul"un çempionluq yolunda məğlubiyyətsiz irəliləməsi azarkeşlərin klubun əfsanəvi kapitanı Stiven Cerrardla bağlı çılğın istəyini ortaya çıxarıb.

Offsideplus.az xəbər verir ki, "qırmızılar"ın fanatları "Twitter"də sorğu başladıblar. Onlar Premyer Liqanın qızıl medalını qazanması üçün hazırda Şotlandiyanın "Reyncers" klubunu  çalışdıran Stiven Cerrardla  klubun 5 oyunluq müqavilə imzalamasını istəyirlər.

Qeyd edək ki, 25 turdan sonra hesabında 73 xal olan "Liverpul" ən yaxın izləyicisi "Mançester Siti"ni 22 xal qabaqlayır.