"Mançester Siti"nin futbolçusu Serxio Aquero İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, argentinalı forvard XXII turda səfərdə "Aston Villa"nı məğlub etdikləri (6:1) oyunda rəqib qapısından 3 top keçib. Bu 32 yaşlı hücumçunun Premyer Liqada 12-ci het-triki olub. Aquero bu göstəricidə ingiltərəli Alan Şirerı (11) geridə qoyub.

Qeyd edək ki, Serxio Aquero 2011-ci ildən "Mançester Siti"nin formasını geyinir. Cari mövsümdə zədə səbəbindən bir neçə oyunu buraxan futbolçu Premyer Liqada 16 oyuna 13 qol vurub.