İngiltərənin “Vest Hem” klubu yeni baş məşqçisini ictimaiyyətə təqdim edib.

Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, komandanı Devid Moyes çalışdıracaq. 

Xatırladaq ki, şotlandiyalı mütəxəssis 2017-2018 mövsümündə də “Vest Hem”i çalışdırıb. Klubdan ayrıldıqdan işsiz idi.