"Mançester Yunayted" klubunun futbolçusu Skott Maktominey "Nyukasl"la ev oyununda aldığı sarı vərəqə ilə tarixə düşüb.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi İngiltərə Premyer Liqası tarixində qayda pozuntusunun dəqiq vaxtının qeydə alındığı 2006/2007 mövsümündən bəri ən erkən sarı vərəqəni alıb. İngiltərəli yununun 24-cü saniyəsində sarı vərəq ilə cəzalanıb. Mançesterdəki "Old Trafford" stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:1.
23 yaşlı dayaq yarımmüdafiəçisi matçın gedişində dizindən zədə alaraq, meydanı qoltuq ağacı ilə tərk edib. Onun zədəsi barədə dəqiq məlumat tibbi müayinədən sonra müəyyənləşcək.
Qeyd edək ki, Skott Maktominey bu mövsüm 21 oyunda 3 qol müəllifi olub.