İngiltərə Premyer Liqasının XVIII turunda keçirilən "Tottenhem" - "Çelsi" (0-2) oyununda azarkeşlər irqçi şüarlar səsləndiriblər.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanın ikinci hissədə bir epizodda meydançaya yad əşyalar atıldığı üçün görüş dayandırılıb. Həmin vaxt "Tottenhem" fanatları qonaqların müdafiəçisi Antonio Rudigeri hədəf göstərərək, meymun səsləri çıxarıblar. Stadionda irqçiliyə qarşı 3 dəfə anons da edilib.

Matçdan sonra "Tottenhem" rəhbərliyi təqsirkarları aşkarladıqdan sonra onlara qarşı sanksiya tətbiq ediləcəyini bəyan edib.