Nikolas Otamendi “Mançester Siti”dəki çıxışını davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, argentinalı müdafiəçi klubla müqaviləsini yeniləyib.29 yaşlı futbolçunun hazırlı sözləşməsi 2020-ci ildə başa çatırdı. Qarşılıqlı razılıq əsasında Otamendi “Mançester Siti” ilə müqaviləsini daha 2 illiyinə - 2022-ci kimi uzadıb.

Qeyd edək ki, Otamendi bu mövsüm meydana çıxdığı 23 oyunda 5 qol vurub.