"Tottenhem" klubundan ayrılan Maurizio Poçettino barədə yeni xəbərlər yayılıb.

Offsideplus.az xarici mətbuata istinadla xəbər verir ki, təcrübəli mütəxəssis "Mançester Yunayted"ə keçməyə yaxındır. Belə ki, 47 yaşlı argentinalı mütəxəssis rəsmi təklif gələcəyi təqdirdə "qırmızı şeytanlar"ın sükanı arxasına keçməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, İngiltərə Premyer Liqası klublarından hansısa biri onu baş məşqçi postuna gətirsə, "Tottenhem"ə 12 milyon funt-sterlinq məbləğində təzminat ödəməli olacaq.