Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kantenin Premyer Liqanın XXIX turunda "Mançester Siti" ilə səfər qarşılaşmasını buraxmasının səbəbi bəlli olub.
Offsideplus.az xəbər verir ki, fransalı futbolçu oyunöncəsi son məşq zamanı huşunu itirib.
Ürəyində problem olmasından qorxan "Çelsi"nin məşqçilər korpusu onu həmin matçda meydana buraxmamaq qərarına gəlib. Xəstəxanaya aparılan futbolçunun ürəyi yoxlanılıb. Lakin testlərdən sonra onda heç bir problem aşkarlanmayıb.
Bu üzdən ulduz futbolçu bu gündən komanda ilə birlikdə məşqlərə başlayıb.