İngiltərənin "Lester" komandasının baş məşqçisi Brendan Rocers "Arsenal"a rəhbərlik edə bilər.

Offsideplus.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssisin kompensasiyasının məbləği 14 milyon funt sterlinqdir. London təmsilçisinə namizədlər siyahısında İtaliyanın "Napoli" klubunun baş məşqçisi Karlo Ançelotti də var.

Xatırladaq ki, Brendan Rocer İngiltərənin bir neçə klubu ilə yanaşı Şotlandiyanın "Seltik" komandasında da çalışıb. "Lester" hazırda şimali irlandiyalı məşqçinin rəhbərliyi altında İngiltərə Premyer Liqasında 29 xalla ikinci pillədə qərarlaşıb. "Arsenal" uğursuz çıxışlara görə ötən gün Unay Emerini istefaya göndərib.