Pyer-Emerik Aubameyanq “Arsenal”la yeni müqavilə imzalamaq barədə görüşlərini müvəqqəti təxirə salıb.

Offsideplus.az xəbər verir ki, “Arsenal” qabonlu futbolçu ilə müqaviləni uzatmaq üçün “Barselona”nın onunla maraqlanmayacağına ümid etməlidir.

Katalon klubuna yaxınlığı ilə tanınan “Sport”un yaydığı xəbərə görə, Aubameyanq “Arsenal”la 2021-ci ildə bitəcək müqaviləsini yeniləmədən əvvəl “Barselona”nın onun transfer etmək istəyinin ciddi olub-olmadığını dəqiqləşdirmək istəyir.

2018-19 mövsümünü Məhəmməd Salah və Sadio Mane ilə birlikdə bormbardir kimi tamamlayan Aubameyanq bu mövsüm gözlənəndən daha zəif çıxış edir. Komandanın ən bahalı oyunçusu kimi göstərilən futbolçu bu mövsüm 12 oyunda 8 qol vurub.

30 yaşlı forvard 2018-ci ildə63.75 milyon avro qarşılığında “Borussiya Dortmund”dan transfer edilib.

“Barselona” isə Luis Suarezə əvəzləyici axtarışlarını davam etdirir.