"Tottenhem"də baş məşqçi vəzifəsindən dünən istefaya göndərilən Maurisio Poçettino "Bavariya"nı çalışdıra bilər.

Offsideplus.az "Bild"ə istinadən xəbər verir ki, Münhen klubu bu mövsümün sonu baş məşqçi vəzifəsinə argentinalı mütəxəssisi gətirməyi planlaşdırır. Ancaq yaya qədər o, alman dilini öyrənməldir. Bu təklifi klubun sabiq prezidenti Uli Heness irəli sürüb.

Qeyd olunub ki, Bundesliqa təmsilçisinin rəhbərliyində hər kəs Poçettinonun namizədliyini dəstəkləyir. "Bavariya"nın idman direktoru Hasan Salihamidjiçin 47 yaşlı çalışdırıcının böyük pərəstişkarı olduğu vurğulanıb.

Xatırladaq ki, "Bavariya" noyabrda baş məşqçisi Niko Kovaçı istefaya göndərib. Klubu müvəqqəti olaraq Hans-Diter Flik çalışdırır.