İngiltərənin "Tottenhem" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klubu Joze Mourinyo çalışdıracaq. Portuqaliyalı mütəxəssislə 2022/23 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Xatırladaq ki, ötən gecə Maurisio Poçettino Premyer Liqadakı uğursuz nəticələrlə əlaqədar istefaya göndərilib. 

London komandası 12 turdan sonra 14 xalla 14-cü yerdə qərarlaşıb.