“Çelsi” İngiltərə Premyer Liqasının 9-cu turunda “Bernli”ni məğlub edib – 4:2.
Offsideplus.az xəbər verir ki, bu qarşılaşma “zadəganlar”ın futbolçusu Kristian Pulişiç üçün əlamətdar olub.
Belə ki, 3 qol vuran ABŞ-lı oyunçu, “Çelsi”nin heyətində Premyer Liqada het-trik edən ən gənc futbolçu olub. Pulişiç bunu 21 yaş 38 günlüyündə bacarıb.
Bundan əvvəlki rekord Temmi Abrahama aid idi. İngilis hücumçu Premyer Liqanın 5-ci turunun “Vulverhempton”la oyununda het-trik etmişdi. Abraham bunu edəndə 21 yaş 347 günlük idi.