İngiltərənin “Mançester Yunayted” klubunun qapıçısı David De Xeanın rəhbərlikdən maaşının artırılmasını tələb etdiyi barədə xəbərlər yayılıb.

Offsideplus.az “The Sun”a istinadən xəbər verir ki, ispaniyalı qolkiper həftəsinə 400 min avro istəyir. İspaniya millisinin də şərəfini qoruyan 27 yaşlı qolkiper “qırmızı şeytanlar”la yalnız bu halda yeni müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, De Xeanın adı son dövrlər Madrid “Real”ı ilə birgə hallanır.