Tyerri Anriyə baş məşqçi postu təklif edilib.
Offsideplus.az Apasport.az-a istinadən xəbər verir ki, “Arsenal"ın baş məşqçisi postunda dəyişiklik edilə bilər.
“Topçular”ın hazırkı çalışdırıcısı Arsen Venger yenidən tənqid hədəfinə çevrilib. Buna səbəb dünən "Arsenal"ın İngiltərə Liqa Kubokunun finalında “Mançester Siti”yə 0:3 hesabı ilə uduzması olub.
Fransalı mütəxəssisin yerinə həmyerlisi və sabiq yetirməsi Tyerri Anrinin gətiriləcəyi bildirilir. Bununla bağlı açıqlama verən keçmiş hücumçu "Arsenal"ın "sükanı arxası"na keçməyə qarşı olmadığını deyib:
"Bu, ürəyimcə olardı. Kim istəməz ki, “Arsenal” kimi klubun baş məşqçisi olsun?".