"Çelsi" klubunun braziliyalı futbolçusu David Luis klubu ilə məşqə çıxmaqdan imtina edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli müdafiəçi "Arsenal"a keçmək istədiyi üçün bu addımı atıb. Bildirilir ki, "Çelsi" ona qoyulan transfer qadağası səbəbindən braziliyalı oyunçunu satmağı düşünmür. D.Luis isə bu qərara etiraz olaraq komandasının son məşqinə çıxmayıb.
Qeyd edək ki, D.Luis 2016-cı ildə PSJ-dən "Çelsi"yə transfer olunub.