“Liverpul”un futbolçusu Simon Minyole karyerasını Belçikada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı qapıçı “Brügge” klubuna transfer olunub. Bu barədə Belçika təmsilçisinin rəsmi saytı məlumat yayıb. Minyole yeni klubu ilə 5 illik müqavilə imzalayıb.

Minyole, 2013-cü ildən “Liverpul” forması geyinirdi. Qapıçı 22 dəfə də Belçika yığmasının uğurları üçün çalışıb.