“Liverpul”un yarımmüdafiəçisi Əmrə Can yayda “qırmızılar”dan ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, bir müddət öncə Əmrənin xidmətində “Yuventus”un maraqlı olması, Turin təmsilçisinin türk əsilli futbolçunun keçidini qış fasiləsində həll edəcəyi barədə məlumat yayılsa da, futbolçu yaya kimi “Liverpul”da qalmağa qərar vermişdi.
Ancaq Almaniya millisinin üzvünün xidmətində təkcə “Yuve” maraqlı deyil. İtaliyanın “Tuttosport” nəşrinin yaydığı məlumata görə, “Real”, “Mançester Siti” və “Bavariya” kimi Avropa futbolunun nəhəngləri də Əmrəni heyətində görmək istəyir. 24 yaşlı futbolçunun isə “Real”da oynamağı arzuladığı deyilir.
Xatırladaq ki, cari mövsümdə 32 oyunda şans qazanan Əmrə Can, 5 qol vurub, 4 qol ötürməsi edib.