"Mançester Yunayted" klubu fransalı ulduzu Pol Poqbanın qiymətini qaldırıb.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin agenti Mino Rayolanın son açıqlamasından sonra klub bu qərarı verib. M.Rayola fransalı oyunçunun klubdan ayrılmaq istədiyini və ona haqq qazandırdığını söyləyib.
"MY" baş verənlərdən sonra Poqbanın qiymətini 170 milyon avrodan 200 milyon avroya yüksəldib.