“Çelsi” keçmiş baş məşqçisi Antonio Konte ilə olan məhkəmə çəkişməsində məğlub olub.
Offsideplus.az-ın məlumatına görə, italiyalı çalışdırıcı istefaya göndərilməsi ilə bağlı qarşı tərəfi məhkəməyə vermişdi.
Qərara görə London klubu Konteyə 9 milyon funt-sterlinq kompensasiya ödəyəcək. Komandanın bu qərardan apelyasiya şikayəti vermək hüququ var.
Qeyd edək ki, “Çelsi” 2003-cü ildən – Abramoviçin rəhbərliyi altına keçəndən bəri müxtəlif məşqçilərə 90 milyon funt-sterlinq kompensasiya ödəyib.