FİFA-nın Apelyasiya Komitəsi “Çelsi”nin müraciətinə baxıb.
Offsideplus.az xəbər verir ki, ali futbol qurumu londonluların şikayətini araşdırıb.
FİFA yeniyetmə futbolçuların keçidi zamanı yol verdiyi qayda pozuntularına görə “Çelsi”ni növbəti iki “transfer pəncərə”sində heyətinə oyunçu qatmaqdan məhrum etmişdi. Araşdırmadan sonra qərarda düzəlişlər edilib. Belə ki, cəza klubun qadın və futzal komandaları istisna olmaqla, bütün heyətlərinə şamil olunub.
Apelyasiya Komitəsi qərarını yüngülləşdirərək “zadəganlar”a 16 yaşadək futbolçuları transfer etməyə, onları futbol akademiyasına qatmağa icazə verib.