Londonun "Çelsi" klubunun baş məşqçisi Mauritsio Sarrinin gələcək taleyinə aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, 60 yaşlı mütəxəssis gələn mövsümdən "zadəganlar"ı çalışdırmayacaq.

Belə ki, rəhbərlik mövsümün sonunda onunla yolları ayırmaq qərarına gəlib. Ancaq, bununla belə Sarri işsiz qalmayacaq. Onun yayda İtaliya klublarından birinin baş məşqçisi postuna keçməsi gözlənilir. Artıq "Roma" və "Milan" təcrübəli mütəxəssisə təklif göndərib.